02 oktyabr 2025 12:38
209

Qubada yaşayış məntəqələrinin qazlaşdırılması münasibətilə tədbir keçirilib 

Quba rayonunun Alekseyevka kənd İnzibati Ərazi Dairəsinin Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Əlik kənd İnzibati Ərazi Dairəsinin Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, "Azəriqaz" İstehsalat Birliyinin yerli rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilmişdir.

"İki sahil"in Şimal bürosu bildirir ki, ümimilikdə, rayon ərazisində 1500 evin yeni qazlaşdırılması həyata keçirilib ki, ondan 110 ev Timiryazev qəsəbəsində yerləşir. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan