Cəbrayıl rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşən strateji əhəmiyyətli ərazilərdən biridir. 1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun bütün kəndləri, sosial infrastruktur və mədəni abidələr ciddi dağıntılara məruz qalmış, minlərlə dinc sakin isə öz doğma yurd-yuvalarından məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycanın qədim diyarlarından biri olan Cəbrayıl rayonu 1993-cü il 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu tarix Azərbaycan xalqının yaddaşında ağır və kədərli gün kimi qalır. İşğal nəticəsində rayonun 90-dan çox kəndi, yaşayış məntəqələri viran edilmiş, yüzlərlə günahsız insan həlak olmuş, minlərlə sakin isə doğma torpaqlarını tərk edərək qaçqın və məcburi köçkünə çevrilmişdir.
Cəbrayılın işğalı təkcə Azərbaycan torpaqlarına deyil, həm də xalqın mədəni irsinə qarşı törədilmiş vandalizm aktı idi. Rayon ərazisində yerləşən tarixi abidələr, qəbiristanlıqlar, dini məbədlər dağıdılmış, kəndlər yandırılmış, əkin sahələri talan edilmişdi. Uzun illər boyu Cəbrayıl sakinləri öz yurd həsrəti ilə yaşamış, doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmişdilər.
Bu ağır günün xatirəsi həm də bir vətənpərvərlik dərsidir. Çünki xalqımız heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Uzun illər aparılan siyasi və diplomatik mübarizə, Azərbaycan Ordusunun güclənməsi 2020-ci ildə – Vətən Müharibəsi zamanı öz bəhrəsini verdi. Məhz həmin müharibədə, 27 sentyabrda başlanan əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonu 4 oktyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərlərinin şücaəti ilə işğaldan azad edildi. Beləliklə, Cəbrayılın işğal günü tarixi ədalətin bərpası ilə bir daha qürur gününə çevrildi.
Bu gün Azərbaycan xalqı işğalın ağrı-acısını unutmadan, azadlığın sevincini yaşayır. Cəbrayıl və digər azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, həyat yenidən qayıdır. 4 oktyabr həm yaddaş günü, həm də qələbəyə aparan yolun dönməzliyinin rəmzi kimi tarixdə qalacaq.
Ülvü Abbasov,
YAP Xətai rayon təşkilatı məsləhətçisi