Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah” ilə “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, matç zamanı “Sabah”ın futbolçusu Joy-Lance Mickels bel nahiyəsindən ağır zədə alaraq oyunu tərk etmək məcburiyyətində qalıb.
Oyunçu dərhal təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, onun bel sümüyündə sınıq olduğu bildirilir.
Voleybolçu qızlarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasında iştirak edəcəklər