07 oktyabr 2025 11:44
326

Tramp administrasiyası gizli sənəd hazırlayıb - CNN

Donald Tramp administrasiyası gizli sənəd hazırlayıb. Həmin sənəd ABŞ prezidentinə narkotik kartellərinə zərbə vurmaqla bağlı xüsusi səlahiyyət verir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ədliyyə Departamentinin Hüquq Müşaviri Ofisi tərəfindən hazırlanan sənəd prezidentə kartellərə qarşı “öldürücü güc” tətbiq etməyə icazə vermək səlahiyyətini verir.

Kanal qeyd edir ki, belə kartellərin siyahısı ABŞ-da rəsmi olaraq terror təşkilatı kimi tanınan təşkilatların siyahısından xeyli genişdir.

Hüquq ekspertləri xəbərdarlıq edirlər ki, sənəd faktiki olaraq prezidentə gizli təyin olunmuş qruplara qarşı məhdudiyyətsiz müharibə aparmaq səlahiyyəti verir, narkotik tacirlərini “qanunsuz döyüşçülər” elan edir və onlara mühakimə olunmaq hüququndan məhrum edir.