Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
“İki sahil” xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə
bürünc bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.