08 oktyabr 2025 08:49
136

Hacıqabulda maşın aşıb

Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.