Portuqaliyalı mütəxəssis Serjiu Konseysau Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Onunla birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredu, Vedran Runye və analitik-məşqçi Eduardu Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.
Serjiu Konseysaunun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin 29 mayında vəzifəsindən azad edilib.