08 oktyabr 2025 15:13
112

Martin Kupka: Çexiya Azərbaycan üçün tramvay və metro qatarları tədarük etməyə hazırdır

Çexiya Bakı Metropoliteni üçün "ŠKODA Transportation" şirkətindən yeni qatar və tramvaylar tədarük etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu müsahibəsində Çexiyanın nəqliyyat naziri Martin Kupka deyib.

O qeyd edib ki, nazir Mikayıl Cabbarovun Çexiyaya son səfəri qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və nəqliyyat və logistika sahəsində əməkdaşlıq istiqamətlərinin araşdırılması üçün dəyərli imkan yaratdı.

"Konkret razılaşmalar hələlik nəzərdən keçirilmə mərhələsində olsa da, tərəflər əlaqənin genişləndirilməsində və dayanıqlı infrastrukturun inkişafının dəstəklənməsində maraqlı olduqlarını bildiriblər. Perspektivli təşəbbüslərdən biri Çexiyanın Bakı Metropoliteni üçün "ŠKODA Transportation" şirkətindən yeni qatarların və tramvay tədarükü təklifidir", - nazir qeyd edib.

O vurğulayıb ki, bu, vətəndaşlar üçün müasir, yüksək keyfiyyətli nəqliyyat həlləri təqdim edəcək və bilavasitə Azərbaycanda yeni iş yerləri yaradacaq.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.