08 oktyabr 2025 16:11
131

"Knauf" bu ölkədəki biznesini sata bilməyib

Almaniyanın tikinti materialları istehsalçısı "Knauf" bir neçə aylıq müqavilə danışıqlarından sonra Rusiyadakı biznesini sata bilməyib.

“İki sahil” xəbər verir ki, RT-yə istinadla xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

"Knauf" aydınlaşdırıb ki, biznes bütün sanksiya məhdudiyyətlərinə riayət etməklə Rusiyada yerli idarəetmə altında fəaliyyətini davam etdirir.

Qeyd olunur ki, şirkət hələ də öz biznesini ölkədən çıxarmaq niyyətindədir və buna nail olmaq üçün müxtəlif yollar nəzərdən keçirir, eyni zamanda, Rusiyadakı işçilərinin maraqlarını qoruyur.