08 oktyabr 2025 17:09
123

Le Pen Fransadakı siyasi vəziyyəti "tamaşa" adlandırıb

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkədəki siyasi vəziyyəti "tamaşa" adlandırıb.

“İki sahil” xəbər verir ki, o bunu Kurnon-d'Overn şəhərinə səfəri zamanı bildirib.

O, həmçinin parlamentin buraxılmasını və ya Fransa Prezidenti Emmanuel Makronun istefasını gözlədiyini bəyan edib.