Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.
“İki sahil” AYNA-ya istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıb, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.
Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib