13 oktyabr 2025 20:27
254

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.