14 oktyabr 2025 11:00
105

AİHM hakimi: Məhkəmə hakimiyyəti ilə digər hakimiyyət qolları arasında dialoq olmalıdır

Məhkəmə hakimiyyəti ilə digər hakimiyyət qolları arasında dialoq olmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, hakimiyyət bölgüsü bir konsepsiya kimidir:

"Bu, funksiya bölgüsü deyil. Hakimiyyət qolları arasında diqqət ediləsi məqamlar var. Bir hakimiyyət orqanı digər hakimiyyət qolu arasında dominant ola bilməz".