14 oktyabr 2025 11:46
119

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.

Bu barədə "İki sahil"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Xatırladaq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.