Qadın voleybolçular arasında Azərbaycan çempionatında yeni mövsümə start verilib.
“İki sahil” xəbər verir ki, Yüksək Liqanın açılış oyunu “Gəncə” və “Azərreyl” komandaları arasında baş tutub. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. Matç son çempion “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə bitib.
Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək. I turun “DH Volley” - “Abşeron” və “Gənclər” - “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq - liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.