14 oktyabr 2025 18:58
196

Quba-Quba-Xaçmaz avtomobil yolunda minik avtomobili suvarma kanalına düşüb - FOTO/VİDEO

Quba-Quba-Xaçmaz avtomobil yolunda minik avtomobili suvarma kanalına düşüb.

"İki sahil"in Şimal bürosu məlumat verir ki, hadisə rayonun Alekseyevka kəndi ərazisində baş verib.    Alekseyevka kəndi ərazisində, Quba-Bakı avtomobil yolundan Quba-Xaçmaz avtomobil yoluna keçən yolda suvarma kanalının üstünün açıq hissənə düşən Kia Sorento markalı minik avtomobilinə ciddi ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, əvvəllər suvarma kanalının həmin hissəsində dəmir-beton panel örtük olub. Həmin panelin (keçidin) üzərindən piyadalar da təhlükəsiz istifadə edə bilirdilər. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan