Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq "Kərimbəyli" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sirab" hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.
Bu səbəbdən 15 oktyabr 2025-ci il tarixində saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.