2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının final mərhələsinə daha 6 ölkənin milli komandası vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, seçmə mərhələnin dünən keçirilən qarşılaşmalarından sonra Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Fil Dişi Sahili və Seneqal mundialda yarışmaq hüququ əldə edib.
Beləliklə, ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək yarışda artıq 28 komanda iştirak imkanı qazanıb. Onlar aşağıda adları qeyd olunanlardır:
1. Kanada - ev sahibi ölkə
2. Meksika - ev sahibi ölkə
3. ABŞ - ev sahibi ölkə
4. Yaponiya - Asiyada C qrupunun qalibi
5. Yeni Zelandiya - Okeaniyada üçüncü mərhələnin qalibi
6. İran - Asiyada A qrupunun qalibi
7. Argentina - Cənubi Amerikada seçmə mərhələnin qalibi
8. Özbəkistan - Asiyada A qrupunun ikincisi
9. Cənubi Koreya - Asiyada B qrupunun qalibi
10. İordaniya - Asiyada B qrupunun ikincisi
11. Avstraliya - Asiyada C qrupunun ikincisi
12. Braziliya - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib
13. Ekvador - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib
14. Uruqvay - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib
15. Kolumbiya - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib
16. Paraqvay - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib
17. Mərakeş - Afrikada E qrupunun qalibi
18. Tunis - Afrikada H qrupunun qalibi
19. Misir - Afrikada A qrupunun qalibi
20. Əlcəzair - Afrikada G qrupunun qalibi
21. Qana - Afrikada I qrupunun qalibi
22. Kabo-Verde - Afrikada D qrupunun qalibi
23. Cənubi Afrika Respublikası - Afrikada C qrupunun qalibi
24. Qətər - Asiyada dördüncü mərhələnin A qrupunun qalibi
25. İngiltərə - Avropada K qrupunun qalibi
26. Səudiyyə Ərəbistanı - Asiyada dördüncü mərhələnin B qrupunun qalibi
27. Fil Dişi Sahili - Afrikada F qrupunun qalibi
28. Seneqal - Afrikada B qrupunun qalibi