"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.