16 oktyabr 2025 15:33
113

Biləsuvarda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı minik və yük avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan üç nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.