16 oktyabr 2025 22:45
138

16 manata çörək

Dünyada çörəyin qiymətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, ən bahalı çörək Cibutidədir, burada çörəyin bir ədədi 9 dollara satılır.

Digər ölkələrdə qiymətlər belədir: Bermuda 8,9 dollar, Kayman adaları 6,4 dollar, Monako 5,4 dollar, Baham adaları 5,2 dollar.

Ən ucuz çörək isə 0,18 dollar olmaqla Əlcəzairdədir. Digər ucuz ölkələrə Tunis (0,2 dollar), Esvatini (0,21 dollar), Əfqanıstan (0,25 dollar), Liviyanı (0,29 dollar) misal göstərmək olar.

Qeyd edək ki, 16 oktyabr Dünya Çörək Günüdür.