Bu gün Azərbaycan 1-ci liqasında 5-ci tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçiriləcək.
"Bakı Sportinq" "Şəfa"nı qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq.
Hazırda turnir cədvəlində "Şəfa" 12 xalla 2-ci (4 oyun), "Baku Sportinq" 8 xalla 4-cüdür (4 oyun). Lider "Səbail"in isə 13 xalı var (5 oyun).
1-ci liqa,
5-ci tur
17 oktyabr (cümə)
14:30. “Bakı Sportinq” – “Şəfa”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu
15 oktyabr (çərşənbə)
"Səbail" - "Zaqatala" - 1:0
16 oktyabr (cümə axşamı)
MOİK – “Cəbrayıl” - 4:1
“Mingəçevir” – “Şimal” - 3:1
“Difai” – “Şahdağ Qusar” - 1:2