17 oktyabr 2025 09:38
109

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Avropa Kuboku oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.

İ.Əsgərov Avropa Kubokunun II təsnifat mərhələsində kişi həndbolçulardan ibarət Yunanıstanın PAOK və İsrailin "Holon Yuvalim" klubları arasında keçiriləcək hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Oyunlar oktyabrın 18-i və 19-da Yunanıstanın Veriya şəhərindəki "Filippio" İdman Kompleksində keçiriləcək.