17 oktyabr 2025 10:01
105

Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının Meksikanın Qvadalaxara şəhərində təşkil olunacaq Qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib.

“İki sahil” Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəni yarışda 7 çəki dərəcəsində 11 idmançı təmsil edəcək.

Turnirdə 33 ölkədən 231 (142 kişi, 89 qadın) cüdoçu iştirak edəcək.

Kişilər

1/16 final

66 kq

Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

81 kq

Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)

1/8 final

60 kq

Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)

Balabəy Ağayev – Maksim Merlin (Fransa)

66 kq

Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi

73 kq

Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)

Rəşid Məmmədəliyev – Ulises Mendes (Meksika)

81 kq

Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə

90 kq

Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

100 kq

Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kq

Uşanqi Kokauri – Marven Qado (Monako)