19 oktyabr 2025 14:27
154

Rusiyada kütləvi zəhərlənmə baş verib

Buryatiyada (Rusiya) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43 nəfər, o cümlədən 18 uşaq, kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.

Qurumdan bildirilib: “Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə alınıb, onlardan 18-i uşaqlardır. Xəstələr Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.”

Zəhərlənmənin səbəbi hələlik məlum deyil, hadisənin təfərrüatları aidiyyəti qurumlar tərəfindən araşdırılacaq.