19 oktyabr 2025 22:22
113

Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıb

Azərbaycan karateçiləri 17-19 oktyabr tarixlərində Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.

“İki sahil” xəbər verir ki, Azərbaycanı çempionatda Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.

Qeyd edək ki, milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında ölkəmizi təmsil edib. Dünya çempionatı 27-30 noyabr tarixlərində Misirin Qahirə şəhərində keçiriləcək.