Şəmkir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
Rayon sakini İsa Qasımov oktyabrın 19-da yaşadığı evdə vəfat edib.
Belə ki, həyətdəki çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində İ.Qasımovun başı həmin nəqliyyat vasitəsinin altında qalıb.
Rayon sakini aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam etdirilir.
Trend
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir
Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib