Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işəgötürənlər üçün məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb. “İki sahil” xəbər verir ki, ƏMAS-ın “Statistik məlumatlar” bölməsinə əlavə edilən “Məzuniyyət günləri” funksiyası işəgötürənlərə işçilərin əmək müqaviləsinə əsasən əsas və əlavə əmək məzuniyyəti günləri barədə məlumatları sistem üzərindən rahat şəkildə əldə etmək imkanı verir.
Yeni funksionallıq məzuniyyət günləri ilə bağlı məlumatların onlar tərəfindən izlənilməsini və hesabatların hazırlanmasını asanlaşdırır. Bu, işəgötürənlərə məzuniyyətlərin uçotunu daha səmərəli aparmağa və insan resurslarının idarə edilməsini daha rahat təşkil etməyə şərait yaradır. ƏMAS-da tətbiq olunan yeni funksiyalar əmək münasibətlərinin rəqəmsallaşdırılması, xidmətlərin daha əlçatan olması və işəgötürənlər üçün istifadənin daha rahat təşkili məqsədinə xidmət edir.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir