İsmayıllı rayonunda müəllim məktəbdə vəfat edib.
Lahıc qəsəbə tam orta məktəbin tarix müəllimi Rəfiqə Mürşüd qızı İsmayılova iş yerində olarkən qəfil dünyasını dəyişib.
Məlumatlara görə, R.İsmayılova ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, R.İsmayılova 24 oktyabr 1963-cü ildə anadan olub. Ali təhsilini başa vurduqdan sonra - 1987-ci ildə təyinatla Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək bu məktəbdə tarix fənnini tədris edib.
Oxu.Az
FHN Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yanğın təhlükəsizliyini diqqətdə saxlayır
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib