Xankəndi şəhərindəki Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir. Forumda 300-ə yaxın QHT iştirak edir.
“İki sahil” xəbər verir ki, əvvəlcə “Şəhidə məktub” videoçarxı nümayiş olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Forumda rəsmi çıxışlardan sonra “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər” mövzularında panel müzakirələri aparılacaq.
Tədbir bədii hissə ilə başa çatacaq.
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir
Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib