Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
“İki sahil” xəbər verir ki, deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir.
Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Nəsimi küçəsi 42 və M.X.Şərifli küçəsi 94 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.
Tərtərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 25 mənzil verildi
Milli Məclisin deputatı Fazil Mustafa “Erkən kəsimə son” təşəbbüsünə qoşulub - Video
Nağdsız qaydada alınmış daşınmaz əmlak üzrə 90,7 mln. manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb