20 oktyabr 2025 17:37
143

Gözəlliyi, əsrarəngizliyi ilə seçilən Tünzalə Ağayeva - FOTO/VİDEO

Xalq artisti Tünzalə Ağayeva sevənləri üçün yeni fotosessiya təqdim edib.

“İki sahil” xəbər verir ki, pop ulduz doğum günü ərəfəsində fotoqraf Anfisa Bessonovanın obyektivinin qarşısına keçib. Yaşıllara bürünən səhnənin əfsanəsi gözəlliyi, füsunkarlığı ilə gözoxşayıb. Geyim yerli markamız olan “Uventa”ya məxsusdur.

Sənətçinin saç düzümü stilist Aygün Məmmədovaya, makiyajı isə stilist Sabir Bağırova aiddir. 

Şəxsi “İnstagram” hesabında yeni görüntülərini paylaşan ulduz videonu belə şərh edib: “Uğurlu qadın - sən öz əfsanəni, öz uğurlu hekayəsini yazan qadınsan”. 

Sözügedən fotosessiyanı təqdim edirik: