21 oktyabr 2025 18:20
122

“Neftçi” ulduz futbolçunun transferini açıqlayıb

“Neftçi” ulduz futbolçu Vensan Abubakarın transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Klubdan bildirilib. Kamerun milli komandasının hücumçusu ilə 1+1 illik müqavilə imzalanıb. O, Bakı təmsilçisində 45 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun yığmasının kapitanı olan hücumçu millinin heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.