21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin yayımladığı bəyanatda qeyd olunub.
Məlumata görə, tədbir zamanı Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və vətəndaş cəmiyyətləri arasında davamlı dialoqun qurulması məsələləri müzakirə olunacaq.
Bildirilib ki, tədbirin məqsədi regionda dayanıqlı sülh və qarşılıqlı anlaşmaya töhfə verəcək uzunmüddətli əməkdaşlıq platformasının yaradılmasıdır.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO