22 oktyabr 2025 16:40
145

Afrikanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Bu il Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

“İki sahil” xəbər verir ki, siyahıda müxtəlif liqalarda çıxış edən 10 oyunçu yer alıb.

Bunlar Andre-Frank Zambo-Angissa (“Napoli” / Kamerun), Fiston Mayele (“Piramids” / Konqo), Məhəmməd Salah (“Liverpul” / Misir), Denis Buanqa (“Los Anceles” / Qabon), Seru Qirassi (“Borussiya Dortmund” / Qvineya), Əşrəf Hakimi (PSJ / Mərakeş), Usamma Lamliui (RSB / Mərakeş), Viktor Osimhen (“Qalatasaray” / Nigeriya), İliman Ndiaye (“Everton” / Seneqal), Pap Matar Sarrdır (“Tottenhem”, Seneqal).

Mükafat 1992-ci ildən Afrika Futbol Konfederasiyası tərəfindən təqdim olunur.

Ötən il mükafatı İtaliyanın “Atalanta” klubunun formasını geyinən Ademola Lukman qazanıb.