Azərbaycanda rüsumsuz ticarət mağazalarına ("Duty Free") satılan malların əlavə dəyər vergisinə və aksiz vergisinə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.