24 oktyabr 2025 11:51
100

Gələn il veteranlara verilən 80 manat artırılacaq? - AÇIQLAMA

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur.

“İki sahil” xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Qeyd edək ki, hazırda Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır.