29 iyun 2026 19:34
102

Zəngilan və Cəbrayılda sakinlərlə növbəti görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı çərçivəsində sakinlərlə növbəti görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, Zəngilan rayonuna yeni köç etmiş sakinlərlə görüşlərdə onların peşə bacarıq və təcrübələri, eləcə də maraq dairələrinə uyğun fəaliyyət istiqamətləri müəyyən edilib, məşğulluq imkanları qiymətləndirilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.

Cəbrayılda isə 25 vətəndaş və bir işəgötürənin iştirakı ilə görüşlər keçirilib. Rayon mərkəzində, həmçinin Horovlu və Şükürbəyli kəndlərində baş tutmuş görüşlərdə vətəndaşların peşə bacarıqları qiymətləndirilib, onların məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər aparılıb.