Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına təkrar müraciət edənlərin 30 faizi prosesə qatılmır, bu da dövlətə ildə 500-600 min manat ziyan vurur.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bugünkü plenar iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, test blanklarının hazırlanmasına orta hesabla ildə 2,5-3 milyon manat vəsait sərf edilir:
"Nəticədə ildə 500-600 min manat vəsait əsassız xərclənmiş olur. Bu məbləğlə 200 tələbənin təhsil haqqını ödəyə bilərik".
Nazir müavini qeyd edib ki, 2025-ci ildə 65 min 573 nəfər MİQ imtahanına müraciət edib.
FHN: Cari ildə qeydə alınan yanğınların 11 faizini qəsdən yandırma halları təşkil edib
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 7 min manatdan çox ziyan dəyib