Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə oktyabrın 23-24-də media nümayəndələri üçün seminar keçirilib.
EMTA-dan “İki sahil”ə bildirilib ki, media seminarında iştirakçılara ictimaiyyətin məlumatlandırılması və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər enerji sektorunun üzləşdiyi əsas çətinliklər və bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Seminarın gedişində enerji tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi üzrə araşdırmalar ilə yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdən keçirilib.
Tədbirdə, həmçinin səmərəli kommunikasiyanın təmin olunması üçün enerji mütəxəssisləri, dövlət qurumları və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.
Seminarın sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Nazir müavini: Azərbaycanda hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır
Gecə saatlarında yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar