26 oktyabr 2025 14:46
100

İmişlidə polis 16 yaşlı qızın nişanlanmasının qarşısını aldı

İmişli rayonunda polis 16 yaşlı qızın nişan mərasiminin qarşısını alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.