Azərbaycan Basketbol Liqasının IV turuna yekun vurulub.
“İki sahil” xəbər verir ki, turun son oyununda "Şəki" evdə NTD ilə qarşılaşıb.
Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri qələbə qazanıb - 88:81.
Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.