26 oktyabr 2025 17:52
103

MPL: “Neftçi” Qəbələdən qələbə ilə qayıdır

Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” “Neftçi”ni qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 71-ci dəqiqəsində “Neftçi”nin yeni transferi Vensan Abubakarın dəqiq ötürməsini İfeanyi Metyu qola çevirib. 81-ci dəqiqədə isə Vensan Abubakar debüt oyununda qol vuraraq fərqi iki topa yüksəldib - 0-2.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası

IX tur

26 oktyabr (bazar)

16:00. “Qəbələ” 0-2 “Neftçi”

Qollar: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”