İlin birinci yarısında Rusiya məhkəmələri əcnəbiləri qanunsuz işə götürməyə, məşğulluq qaydalarını pozmağa və müəyyən fəaliyyət növlərinə qoyulan məhdudiyyətlərə əməl etməməyə görə 1,6 milyard rubl cərimə tətbiq ediblər.
“İki sahil” xəbər verir ki, "Vedomosti" qəzetinin Rusita Ali Məhkəməsinin Məhkəmə Departamentinin məlumatlarına istinadla verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
İlk altı ayın sonunda 9546 qurum cərimələnib. Bunlara 5638 hüquqi şəxs, 373 vəzifəli şəxs, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2925 şəxs və 610 digər şəxs daxil olub.
2024-cü ilin ilk altı ayında 7118 şəxs cərimələnib. İl ərzində bu rəqəm 1,3 dəfə, xüsusən də hüquqi şəxslər üçün isə 1,5 dəfə artıb.
Oktyabr ayında Prezident Vladimir Putin 2026-2030-cu illər üçün miqrasiya siyasəti çərçivəsini müəyyən edən fərman imzaladı. Sənədə əsasən, hakimiyyət etnik anklavların yaradılmasının qarşısını almağa çalışır və həmçinin miqrant işçiləri izləmək üçün biometrik məlumatların tətbiqini planlaşdırır.