Cənub mirvarisi Lənkəran Olimpiya İdman Kompleksində "28 Oktyabr-Dünya Cüdo Günü" münasibətilə keçirilən cüdo idman növü üzrə U-15 kiçik yaşlı yeniyetmələr arasında Lənkəran-Astara region turniri böyük maraqla qarşılanıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan yarışa ümumilikdə region üzrə- Lənkəran, Astara, Masallı və Cəlilabad rayonları olmaqla 100-dən çox idmançı qələbə uğrunda mübarizə qoşulub.
Təşkilində əsas məqsəd "28 Oktyabr-Dünya Cüdo Günü" nü qeyd etmək yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi olan yarışda qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü