29 oktyabr 2025 09:24
129

"Azərreyl" Çempionlar Liqasında cavab oyununa çıxacaq

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına bu gün çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olacaq.

Cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk görüş rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

"Azərreyl" turu keçəcəyi təqdirdə "TSV Raiffeisen Hartberq" (Avstriya) - "AKAA Volley" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Komanda mərhələni keçə bilməsə, CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.