29 oktyabr 2025 11:19
128

Sahibə Qafarova: Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir

Azərbaycan dövlətçiliyinin tarixi, ağır sınaqlar və parlaq qələbələr tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşüb. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törədib. Belə bir şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa, onun rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarını və azadlıqların müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün gələcəyə inam və quruculuq dövrünün simvoludur. Ulu Öndər Heydər Əliyevin başladığı yol Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

“Son 22 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.