29 oktyabr 2025 13:48
150

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

“İki sahil” xəbər verir ki,  o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “İqlz Nest” stadionunda olacaq.