Noyabrın 1-dən 2-dək BƏƏ-nin Xurfaqan şəhərində müxtəlif yaş qruplarından qadınlar və kişilər arasında beynəlxalq cüdo turniri keçiriləcək.
“İki sahil” BƏƏ-nin “əl-İttihad” qəzetinə istinadla xəbər verir ki, turnirdə 27 dövləti təmsil edən 320 idmançının yarışacağı gözlənilir. Azərbaycan iştirakçı ölkələr arasında yer alır. Bundan başqa, beynəlxalq idman yarışında Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Misir, İordaniya, Mərakeş, İraq, Suriya, Fələstin, Qəmər adaları, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya, Qazaxıstan, Braziliya, Hindistan, Fransa, Almaniya, İtaliya, Belçika, Birləşmiş Krallıq və Kolumbiya idmançıları da təmsil olunacaq.
Beynəlxalq turnirdə qadınlar arasında yarışlarda 15 yaşadək 45 idmançı, 18 yaşadək isə 25 idmançı iştirak edəcək. Kişilər arasında 15 yaşadək 14 idmançı və 21 yaşadək 110 idmançı yarışacaq.