Azərbaycan təmsilçiləri “Abşeron Lions” və “Neftçi” FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçiriblər.
“İki sahil” xəbər verir ki, I qrupda mübarizə aparan komandalar üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan matç “Neftçi”nin 104:86 hesablı qələbəsi ilə yekunlaşıb.
“Abşeron Lions” qrupdakı ilk iki oyunda Polşanın “Trefl” komandasına 96:99, Estoniyanın “Kalev” kollektivinə 85:93 hesabı ilə məğlub olub. İlk görüşdə Polşa təmsilçisinə 63:92 hesabı ilə uduzan “Neftçi” isə ikinci qarşılaşmada Estoniya klubuna qalib gəlib - 95:84.